2 C
Baku
Saturday, December 14, 2024

100% xarici kapitalı banklar 2013-cü ildən bu tərəfə kreditlə bağlı ən aşağı göstəriciyə düşüb

Azərbaycanda 100% xarici kapitallı kommersiya banklarının kredit qoyuluşlarında xüsusi çəkisi azalıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 1 aprel 2019-cu il tarixinə olan hesabatında deyilir.

Hesabat müddəti ərzində iqtisadiyyata kredit qoyuluşu 13 milyard 58 mln. manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 394.5 milyon manat (+12%) çoxdur.

Bu kreditlərin 2 milyard 103.7 mln. manatı dövlət və 10 milyard 610.7 mln. manatı isə özəl banklarının payına düşüb.

Özəl banklardan kredit qoyuluşların 3 milyard 338.6 milyon manatı xarici kapitallı — burada 1 milyard 26.1 milyon manatı 100% xarici kapitallı bankların payına düşür. 100% xarici kapitallı bankların kredit qoyuluşlarının sonuncu dəfə bu rəqəmi 2013-cü ilin noyabrında rast gələ bilirik və həmin müddət  1 milyard 34.8 milyon manat idi.

Xarici kapitallı bankların portfeldə xüsusi çəkisi il ərzində 3,6% bəndi azalaraq 25,6%-ə düşüb. 100% xarici kapitallı banklarının isə bu portfeldə azalmaqla çəkisi 2017-ci ilin iyun ayındakı 7,9%-ə qayıdıb.ytutujt

Son xəbərlər
Digər xəbərlər