16 C
Baku
Friday, April 26, 2024

1000-dən çox layihənin maliyyələşdirilməsinə 171 milyon manat vəsait yönəldilib

Cari ilin ötən dövrü ərzində dövlət maliyyə dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 81 istehsal və xidmət sahəsi istifadəyə verilib.

Banker.az Naxçıvan İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir ki,  hazır­da 53 sahənin yaradılması davam etdirilir. Ümumilikdə isə 2000-ci ildən 2021-ci ilin ötən dövrü ərzində 1605 layihənin maliyyələşdirilməsinə 171 milyon 137 min manatdan çox vəsait yönəldilib.

Həmçinin nazirlikdən bildirilib ki,  Reallaşdırılması nəzərdə tutulan layihələr içərisində orqanik gübrə, mini şərab, plastik taralar, velosiped, efir yağı, bitumlu membran, tomat pastası, şərab, corab, dəftər, qələm,  sabun, yun iplik, tibbi pambıq, bitki yağı, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz sahəsində pullu xidmət növlərinin  yaradılması da nəzərdə tutulur.

 

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər