8 C
Baku
Friday, March 29, 2024

11 ölkə Ukraynanın NATO-ya üzv olmasını dəstəkləyib

Ukraynanın NATO-ya üzvlüklə bağlı ərizəsi artıq 11 ölkə tərəfindən dəstəklənib.

Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Biz Ukraynanın NATO-ya daxil olması prosesinə başlayırıq və onu sona çatdıracağıq. Rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Ərizəmiz Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya da daxil olmaqla, 11 ölkə tərəfindən açıq şəkildə dəstəklənib”, – deyə Andrey Yermak bildirib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 30 sentyabrda NATO-ya qısa zamanda üzv olmaq üçün müraciət olunduğunu bəyan etmişdi. Lakin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirmişdi ki, hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı işlərin həyata keçirilməsi üçün uyğun zaman deyil.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər