1968-ci ilin yazında Nyukasl şəhərinin rayonlarından birində ciddi bədbəxt hadisələr baş verməyə başlayır. 11 may tarixində 3 yaşlı uşaq Meri ilə oynadığı yerdə damdan yıxılaraq ölür. Uşaq sağ qalsa da, ciddi zədələr alır. Tezliklə üç 6 yaşlı uşaqların anaları polisə müraciət edərək Merinin oyun zamanı uşaqları boğduğunu bildirir. Polis isə Merini ziyarət edərək onun digər uşaqlarla necə davranmalı olduğu barədə mühazirə oxuyur.
25 may 1968-ci ildə atılmış evdə oynayan uşaqlar 4 yaşlı Martin Braunun cəsədini tapır.
Bir neçə gündən sonra Braunların evlərinə gələrək Martini görmək istədiyini bildirir. Onun anası ağlayaraq Martinin artıq öldüyünü bildirir. Meri isə buna cavab olaraq demişdi: “Bilirəm. Mən onun tabutda görmək istəyirdim”.
31 iyul 1968-ci ildə 3 yaşlı Brayan Hou yoxa çıxır. Tezliklə uşaq tapılır. Oğlan boğulmuş, qarnı yarılmışdı, ayaqlarında isə çoxsaylı kəsiklər var idi. Ekspertlər belə qərara gəlir ki, qatil fiziki cəhətdən zəif biri olub və ola bilsin ki, uşaqdır.
Tezliklə Meri Bell uşaq qətllərində təqsirli bilinərək ömürlük cəza çəkməsi üçün açıq “Mur Kort” həbsxanasına göndərilir. O məhkəmədə bildirmişdi ki, qətlləri qətldən alınan zövq xətrinə törədirdi.
Meri Bellin belə qəddarlığına əsas səbəb isə sözsüz ki onun aldığı tərbiyə idi. Onun anası onu 17 yaşı olarkən dünyaya gətirmişdi və uşağı atasının kim olduğu məlum deyildi. Anası isə günlərlə yoxa çıxaraq Merinin tək qoyurdu.
Meri 1980-ci ildə amnistiya ilə azadlığa çıxır və yeni həyata başlamaq üçün adını dəyişəməyə haqq qazanır.