14 C
Baku
Saturday, April 27, 2024

Bankların təklif etdiyi klub layihələrinə daha bir oyunçu qoşuldu – Bazarda vəziyyət

Pərakəndə Bankçılıq sektorunun liderlerindən olan Kapital Bank bazara yeni kart məhsulu təqdim edib. Bu kartlar lokal tipli (yalnız Kapital Banka məxsus ATM və POS-larda istifadə üçün nəzərdə tutulub)  kartlardır və Kapital Bankın istehlak kreditləri üzrə aktiv müştərilərinə bir sıra imtiyazlar verir. Kartlar müştərinin Bankda olan tarixçəsindən, həmçinin tarixçəsi ərzində götürdüyü kreditlərin sayından asılı olaraq 3 növdə təqdim olunur. Bunlar –  Gümüş Kart, Qızıl KartPlatin Kart-dır.

Hər 3 kart 10 il müddətinə rəsmiləşdirilir və kartların qiyməti  5 AZN təşkil edir. Hər müştərinin Bankdakı tarixçəsinə uyğun olaraq yalnız 1 aktiv Birlik Klubu kartı ola bilər.

Kartların adlarından da göründüyü kimi, müştərinin Bankda olan statusu artıqca Bankın müştərilərə təqdim etdiyi imtiyazların da statusu artır. Birlik klubu kart sahibləri bu kartı əldə etdikdən sonra kreditin faiz dərəcəsi, komissiyası, müddəti üzrə güzəştlər əldə edir,  həmçinin kredit ödənişlərindən müəyyən faiz nisbətində bonuslar əldə edirlər. Müvafiq imtiyazları kart növlərinə uyğun olaraq aşağıda diqqətinizə çatdırırıq:

Kartın növü Kredit ödənişlərindən hesablanan bonus Kredit komissiyasına endirim İllik faiz dərəcəsinə endirim Nağd kreditin müddəti
Gümüş kart
Ödənilən məbləğin 0.1%-i
Komissiya məbləğinin 10%-i
0.5%
əlavə 2ay
Qızıl kart
Ödənilən məbləğin 0.2%-i
Komissiya məbləğinin 15%-i
1%
əlavə 4 ay
Platin kart
Ödənilən məbləğin 0.3%-i
Komissiya məbləğinin 20%-i
1.5%
əlavə 6 ay

Klub imtiyazlarını real bir keys üzərindən nümunə şəklində göstərmək istərdik:

Tutaq ki, 2 fərqli müştəri  10 000 AZN nağd pul krediti əldə etmək üçün Kapital Banka müraciət edib. Bu müştərilərdən yalnız biri Platin kart sahibidir. Bankın təklif etdiyi şərtləri aşağıdakı cədvəldə müqayisə edək.

Adi müştəri Platin kart sahibi olan müştəri
Kreditin maksimal müddəti
36 ay
42 ay
İllik faiz dərəcəsi
29.84%
28.34%
Komissiya
100 AZN
80 AZN
Aylıq ödəniş (36 aylıq kredit üzrə)
423 AZN
415 AZN
Ödənişdən hesablanan bonus
0 AZN
Hər aylıq ödənişdən 1.2 AZN

Sadə bir riyazi hesablama aparsaq belə nəticəyə gəlmiş oluruq ki, 36 ay müddətinə götürülmüş 10 000 AZN nağd pul krediti üzrə Platin kart sahibi müştəri adi müştəriyə nisbətdə ümumilikdə 352 AZN!  qənaət etmiş olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər