13 C
Baku
Friday, April 19, 2024

Bayram günlərində işiniz rahat getsin

Operativlik, peşəkarlıq və müştəri məmnuniyyətini daim yüksək səviyyədə saxlanılmasını təmin edən Expressbank qarşıdan gələn Qurban Bayramı günləri də fəaliyyət göstərəcək.

Şəhərimizin mərkəzində – Bülbül prospekti 29 ünvanında yerləşən Expressbank-ın Nəsimi filialı həmişə olduğu kimi həftənin 7 günü 24 saat iş rejimində çalışır. Burada Bakı sakinləri və şəhərimizin qonaqları fasiləsiz olaraq sərfəli valyuta mübadiləsi, təcili pul köçürmələri, müxtəlif kassa hesablaşma əməliyyatları üzrə bank xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.

Həmçinin xatırladaq ki, Expressbank-ın MXD, Elmlər, Əhmədli, Yasamal, Neftçilər və Nəsimi filiallarında mövcud 24/7 zonalarında da müştərilər ATM və Expresspay ödəniş terminalları vasitəsi ilə istənilən zaman pul nağdlaşdıra, hesablarına mədaxil edə, depozit hesabını artıra, kommunal və digər ödənişlərini rahat və sürətli həyata keçirə bilərlər.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 600-dən artıq ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.Bayram günlərində işiniz rahat getsin

Son xəbərlər
Digər xəbərlər