7 C
Baku
Sunday, December 15, 2024

Dow Jones indeksi tarixi rekorda imza atıbекорд

Banker.az xəbər verir ki, Amerikanın sənaye indeksi Dow Jones Industrial Average sessiyanı 0,2% artımla (22 203,48 punkta qədər) bağlayaraq yeni tarixi maksimuma imza atıb.

Reuters agentliyi qeyd edir ki, ABŞ Əmək nazirliyinin məlumatlarına əsasən, avqust ayında inflyasiya bir ay əvvəlki göstəricilər ilə müqayisədə 0,4% artıb. Analitiklər isə istehlakçı qiymətlərinin 0,3% artımını gözləyirdilər. Bunun fonunda S&P 500 və Nasdaq indeksləri endi, çünki investorlar inflyasiya ilə bağlı bu proqnozların ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırmaq şansını yüksəltdiyini düşünürlər.

11 sentyabr tarixində məlum oldu ki, ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə olaraq 20 trilyon dollar həddini geridə qoyub.

Dow Jones dünyanın aparıcı sənaye indekslərindən biridir və özündə ABŞ-ın 30 nəhəng şirkətini birləşdirir.

Son xəbərlər
Digər xəbərlər