6 C
Baku
Sunday, December 15, 2024

Çin 15 ildə ilk dəfə Mərkəzi Bankın rəhbərini dəyişir

Banker.az xəbər verir ki, Çin Mərkəzi bankı son 15 ildə ilk dəfə yeni rəhbərə sahib olacaq.

Belə ki, Çin Xalq Bankının rəhbəri Çjou Syaoçuan təqaüdə yollanır. O 2002-ci ildən etibarən bu vəzifədə idi və bununla da, nəinki Çində, həmçinin Böyük iyirmilik ölkələri sırasında Mərkəzi banka ən uzun müddət rəhbərlik etmiş şəxs adına sahibdir.

Onun ən əhəmiyyətli nailiyyətlərindən biri yuanın dollara birbaşa bağlılığını dayandırmaq oldu ki, bu da bazar güclərinə valyutanın dəyərinin təyin edilməsində böyük rol oynamağa imkan verdi.

Həmçinin 69 yaşlı Çjounun rəhbərliyi altında Çin valyutasının beynəlxalq ticarət və maliyyə sistemində rolunun artması müşahidə edildi. Bu ötən ilin oktyabr ayında yuanın rəsmi ehtiyat valyutası olaraq seçilməsi ilə nəticələndi.  

Hazırda Çjounun vəzifəsinə iki namizəd var – Qo Şuçin və Çzyan Çaolyan. Çinin Mərkəzi bank rəhbəri olaraq seçəcəyi şəxs ölkənin növbəti illər üçün strategiyasını özündə əks etdirmiş olacaq.

Son xəbərlər
Digər xəbərlər