ABŞ və Çin istiqrazlarının gəlirliliyi arasındakı fərq tarixi maksimuma yaxınlaşıb

ABŞ və Çin dövlət istiqrazlarının gəlirliliyi arasındakı fərq tarixi maksimuma yaxınlaşıb.

Banker.az bunu Bloomberg-ə istinadən xəbər verir.

ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi 4,81%-ə yüksəlib, Çinin eyni müddətli istiqrazlarında isə bu göstərici təxminən 1,69% təşkil edir.

Agentlik yazır ki, nəticədə gəlirlilik fərqi 312 baza bəndinə çatıb. Bu, ötən ilin əvvəlində qeydə alınmış 315 baza bəndlik tarixi maksimuma yaxındır.

Belə böyük fərq ABŞ aktivlərini investorlar üçün daha cəlbedici edir və Çindən kapital çıxışı riskini artırır. Bununla belə, yuan dollar qarşısında təxminən 6,72 səviyyəsində sabit qalır və ilin əvvəlindən 4%-ə yaxın möhkəmlənib. Kapital hərəkətlərinə nəzarət və Çin istiqraz bazarında xarici investorların payının nisbətən aşağı olması riskləri məhdudlaşdırır.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər