“Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması üçün elan etdiyi tenderin qalibi müəyyənləşib.
Banker.az xəbər verir ki, qalib şirkət “RSM Azerbaijan” MMC elan edilib.
Müqavilənin ümumi məbləği isə 22 min 274 manatdır.
Bildirək ki, “RSM Azerbaijan” MMC-nin nizamnamə kapitalı 50 manatdır və qanuni təmsilçisi Tural Məhərrəmovdur. Bu şirkət 2008-ci ildə dövlət qeydiyyatına alınıb.
“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı və Pirallahı Sənaye Parkının idarəedici təşkilatıdır. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır







