İxracın genişləndirilməsi məqsədilə 120-yə yaxın məhsulun 20-dən çox hədəf bazarına çıxarılması nəzərdə tutulur.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında bildirib.
Nazir əlavə edib ki, ümumilikdə, 2025-ci ilədək qeyri-neft ixracının həcminin iki dəfə artırılması hədəflənir.