ABŞ-ın 13 ştatının administratorları Prezident Donald Trampı məhkəməyə veriblər.
TASS agentliyinə istinadən xəbər verilir ki, buna səbəb Trampın miqrantlarla bağlı qərarıdır.
Belə ki, yeni qanuna əsasən varlı miqrantların ABŞ-da yaşamasına icazə veriləcək. Bu isə Vashington, Virciniya, Delaver, Kolorado, İllinoys, Massaçusets, Minnesota, Miçiqan, Meriland, Nevada, Nyu-Cersi, Nyu-Mexiko və Rod Adaları ştatlarında etirazla qarşılanıb. Onlar bu qanunun yalnız varlılara xidmət etdiyini bildiriblər.
Ştat rəhbərləri qərarın qüvvəyə minməsinin qarşısını almaq üçün məhkəməyə müraciət ediblər.
©Baku.ws