6 C
Baku
Sunday, December 15, 2024

13 yaşlı məktəblilərin Piter Linçə keçdikləri dərs

1990-cı ildə Massaçusets ştatında, Arlinqton şəhərində yerləşən Müqəddəs Aqnessa adına olan məktəbin 7-ci sinif şagirdlərinə tapşırıq verildi: portfel üçün səhm seçmək. Növbəti iki il ərzində bu səhmlər 70% bahalaşdı. Müqayisə üçün: S&P 500 indeksi o zaman üçün əlavə 26% dəyər də qazanmışdı.

Bu hadisə əfsanəvi investor Piter Linç-in diqqətindən kənarda qalmadı. O şagirdlərin müəlliməsi Coan Morrisi ilə görüş barədə razılıq tələb etdi və daha sonra o şagirdlərin uğur sirlərini öyrənmək üçün siniflə tanış oldu. Və məktəblilərin məşhur investorlara keçdikləri dərs bundan ibarət idi:

Birinci dərs. Şirkətin nə ilə məşğul olduğunu öyrənin.

Coan Morrissi bildirmişdi: “Şagirdlərim öz portfellərinə hər hansı səhmi yerləşdirmədən öncə seçilmiş şirkətin nə işlə məşğul olduğunu bilməlidirlər. O şirkətin təqdim etdiyi xidmətlər və yaxud istehsal etdiyi məhsullar haqqında sinfə məlumat verə bilməsə, şagirdlər onun səhmlərini ala bilməyəcəklər”. Nəticədə də şagirdlər The Walt Disney Co., Nike Inc. Gap Inc. kimi şirkətlərin səhmlərini seçmişlər. Hətta 13 yaşlı uşağın belə anlayışı olan məhsullar istehsal edən şirkətlər daha uzun müddətli yüksək keyfiyyətlər nümayiş etdirirlər.

İkinci dərs. Tanıdığınız və sevdiyiniz brendlərə investisiya yatırın.

Şagirdlər Gap mağazalar şəbəkəsindən geyim almağı sevirdilər və təxmin edirdilər ki, ABŞ-ın digər bütün şagirdləri də onlar kimi davranır. Və onlar səhv də etmədilər. Belə ki, bu şirkətin səhmləri onların portfelində 320% bahalaşmışdı. Məktəblilərin digər bir favoriti isə qələm istehsalçısı Pentech International şirkəti oldu və onlar Linçə bu şirkətə diqqət yetirməyi məsləhət gördülər. Linç bunu etmədi və uduzdu, belə ki, şirkətin səhmlərinin dəyəri iki dəfəyə qədər artdı.

Şagirdlər həmçinin, Topps (55% artım ), Pepsi (64% artım) Wal-Mart (164% artım) kimi şirkətlərə də investisiya yatırdılar.

Bütün bunlarla yanaşı uğursuzluqla nəticələnən investisiyalar da oldu, məsələn, səhmləri 38% enən Savannah Foods şirkəti. Bir dəfə Linç məktəblilər tərəfindən yazılmış və investisiyanın bir neçə qaydasının öz əksini tapdığı kaset əldə etdi.

Bu qaydalar sırasında aşağıdakılar da var idi:

  • Pulları tez bir zamanda itirmək olar, lakin onları qazanmaq çox vaxt tələb edir.
  • Gözü yumulu səhm almaq doğru deyil. İlk öncə ev tapşırığını həll etməlisən.
  • Səhmi yalnızca ucuz olduğu üçün almaq lazım deyil. Səhmi ona görə almaq lazımdır ki, onun haqqında çox şey bilirsən.

Üçüncü dərs. Ev tapşırığını yerinə yetirin.

Coan Morrissi daha sonradan digər müəllimlərin də qoşulduğu bir investisiya qrupu yaratdı və bu qrupun fəxri üzvü Piter Linç oldu. Bir dəfə o şirkətin gəlirlərinin çox yaxşı olduğunu gördü. Lakin bu nəticələr şagirdlərin nəticələrindən geri qalırdı…

Son xəbərlər
Digər xəbərlər