10 C
Baku
Wednesday, December 11, 2024

“Azerbaijan carpet” brendi yaradılır

“Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendi yaradılacaq.

BAnker.az-ın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramına əsasən İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC 2018-2022-ci illərdə “Azerbaijan carpet” (“Azərbaycan xalçası”) brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqini təmin etməlidir. İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-yə 2018-2019-cu illərdə Azərbaycanda istehsal olunan xalçaların ixracının təşviqi üçün internet portalının yaradılması da tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər