Dünya bazarlarında neftin qiyməti ucuzlaşmağa başlayıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 76 sent, yəni, 1.05% ucuzlaşaraq 71.82$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 62 sent, yəni, 0.92% azalaraq 66.77$-da qərarlaşıb.