Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 43 139,7 mln. ABŞ dolları təşkil edib.
Bunun 87,23%-i və yaxud 37 631,7 mln. dolları Dövlət Neft Fondunun (ARDNF), 12,77%-i və yaxud 5 508 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 1 998,6 mln. dollar və yaxud 4,86% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 1 825,2 mln. dollar və yaxud 5,1%, AMB-nin valyuta ehtiyatlarında isə 173,4 mln. dollar və yaxud 3,25% artım olub.
Son bir ildə isə ölkənin valyuta ehtiyatları 5 499,8 mln. dollar və yaxud 14,61% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 4 424,5 mln. dollar və yaxud 13,32%, AMB-nin valyuta ehtiyatlarında isə 1 075,3 mln. dollar və yaxud 24,26% artım olub.
ARDNF-in valyuta ehtiyatları (mln. ABŞ dolları) |
AMB-nin valyuta ehtiyatları (mln. ABŞ olları) |
Azərbaycanın valyuta ehtiyatları (mln. ABŞ dolları) |
|
01.04.2018 | 37 631,7 | 5 508,0 | 43 139,7 |
01.01.2018 | 35 806,5 | 5 334,6 | 41 141,1 |
01.10.2017 | 36 020,0 | 5 167,5 | 41 187,5 |
01.07.2017 | 34 790,9 | 4 964,1 | 39 755,0 |
01.04.2017 | 33 207,2 | 4 432,7 | 37 639,9 |