6 C
Baku
Monday, December 16, 2024

14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alındı

19-25 noyabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ümumilikdə 14 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatlarından 1 ədədi Belçika, 1 ədədi Almaniya, 2 ədədi İspaniya, 3 ədədi Niderland, 7 ədədi isə Belarus istehsalıdır.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Qeyd edək ki, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi (AQTA) tərəfindən həyata keçirilir.

İstehsalçı ölkə İstehsalçı şirkət Preparatın adı Preparatın növü
1 İspaniya “İndustrial Veterenaria S.A” , LIVISTO Company” Multivit baytarlıq preparatı
2 İspaniya “İndustrial Veterenaria S.A” , LIVISTO Company” Gentaprim baytarlıq preparatı
3 Niderland “Nutrivet B.V.” Nutri AMP 200 WS baytarlıq preparatı
4 Niderland “Nutrivet B.V.” Nutri -oxy 200 LA baytarlıq preparatı
5 Niderland “Nutrivet B.V.” Nutri -oxy 100 baytarlıq preparatı
6 Belarus Respublikası Vik-Zdorovye Zhivotnykh XM Linkovik baytarlıq preparatı
7 Belarus Respublikası Vik-Zdorovye Zhivotnykh XM Santel 10 % baytarlıq preparatı
8 Belarus Respublikası Vik-Zdorovye Zhivotnykh XM Mizofen-F baytarlıq preparatı
9 Belarus Respublikası Vik-Zdorovye Zhivotnykh XM Amprolium 30%-li baytarlıq preparatı
10 Belarus Respublikası Vik-Zdorovye Zhivotnykh XM Oksitetrasiklin hidroxlorid 1000 baytarlıq preparatı
11 Belarus Respublikası Vik-Zdorovye Zhivotnykh XM Tilanik baytarlıq preparatı
12 Belarus Respublikası Vik-Zdorovye Zhivotnykh XM Fenbenqran baytarlıq preparatı
13 Belçika “İntraco Ltd N.Y “ Salinofarm 12% (Salinomisin natrium) baytarlıq preparatı
14 Almaniya LOXAVET pharma GmbH Kanikvantel plyus baytarlıq preparatı
Son xəbərlər
Digər xəbərlər