Almaniyanın təşəbbüsü ilə 14 NATO ölkəsi daha təkmil Avropa Hava Hücumundan Müdafiə sisteminin yaradılması haqqında bəyannamə imzalayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hazırda ballistik raketlərdən, eləcə də dronlardan və qanadlı raketlərdən qorunma ilə bağlı müəyyən problemlər var. Vahid hava hücumundan müdafiə sisteminin yaradılması, agentliyin qeyd etdiyi kimi, Ukraynada baş verən hazırkı hadisələrin yaratdığı təhlükəsizlik vəziyyətinin dəyişməsi ilə bağlıdır. İndiyədək Avropada raketdən müdafiə sistemi ilk növbədə İrandan gələ biləcək təhlükələrə diqqət yetirib.
İmzalanma mərasimində Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya və Çexiyanın nümayəndələri iştirak ediblər. Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək istəyir.