23 C
Baku
Friday, April 26, 2024

15 min dollarlıq oyuncaq

Porsche şirkəti Dünya dözümlülük çempionatında (WEC) iştirak edən 919 Hybrid sportprototipinin miqyaslı modelini buraxıbdır. 1:8 miqyasında hazırlanmış oyuncaq avtomobildən cəmi 100 ədəd buraxılacaqdır. Soruşa bilərsiniz ki, bu adi haldır, bunda qeyri-adi nə vardır?

Qeyri-adi olansa bu oyuncağın qiymətidir. Miqyaslı model üçün nə az, nə çox, 14689 dollar istənilir. Bu məbləğə isə, Avropada Kia Ceed modelinin baza variantını almaq olar. Hətta, bəzi opsiyalara da pul qalar…

70421 src

Hər bir miqyaslı Porsche 919 Hybrid modelinin yığılmasına üç min saat sərf edilir. Bunun üçün ənənəvi layihələndirmə, virtual mühəndislik üsullarından və əl ilə yığmadan istifadə olunur. Oyuncağın inşasında istifadə edilən texnologiyalar avtomobil sənayesindəkilərlə bənzərlik daşıyır. Kiçik sportprototipin detalları alüminium və qalay-qurğuşun ərintisindən hazırlanır. Modelin boyanması və cilalanması prosesi əl ilə aparılır.

Kolleksiya üçün nəzərdə tutulan oyuncaq onun sıra nömrəsi, yarış avtomobilinin qələbələrinin siyahısı və Porsche pilotlarının imzası olan xüsusi stend ilə birlikdə çatdırılır.

70422 src
70423 src
AutoGraph.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər