“Nar Telekom” MMC adlı şirkət rebrendinq edib.
Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata görə, şirkətin adı dəyişdirilməklə bundan sonra “İnnarvis Group” MMC-dir.
Şirkət adını dəyişməklə bərabər, Bakı Şəhəri Xətai Rayonu, 8 Noyabr, ev 113 envanından Bakı Şəhəri Nəsimi Rayonu, M.Cəfərov, ev 17, məhəllə 3005 ünvanına köçüb.
Xatırladaq ki, “Nar Telekom” MMC 2021-ci ilin noyabrında təsis edilmişdi və onun 15 075 049 manat nizamnamə kapitalı var.