10 C
Baku
Thursday, December 12, 2024

150 minə yaxın pensiya, müavinət, təqaüd təyinatı e-qaydada aparılıb

2022-ci ilin yanvar-may aylarında 147.1 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.

Banker.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb.

Nazirlikdən verilən məlumata görə, indiyədək 61.4 mini pensiya, qalanı müavinət və təqaüd olan 415.4 min təyinat e-sistem üzərindən proaktiv qaydada  aparılıb.

Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-sistem üzərindən avtomatik həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər