13 C
Baku
Friday, April 19, 2024

İpoteka kreditlərini kimlər ala bilir?

İpoteka kreditlərinə qoyulan tələblərin yüngülləşdirilməsi mənzil bazarına da təsirsiz ötüşməyib. Əvvəllki şərtlərlə az qism insanın bu xidmətdən yararlanmaq imkanı var idisə, məbləğin 40 faizini ödəyə bilən və ipoteka ödənişi qabiliyyəti olan vətəndaşlar da mənzil sahibi ola bilirlər. Bu isə öz növbəsində alqı satqı bazarında canlanmaya səbəb olub.

“Xəzər xəbər”ə istinadən, son zamanlar ipoteka şərtlərinin sadələşdirilməsi mənzil bazarında canlanmaya səbəb olub.

Əvvəlki illərdən fərqli olaraq şərtlərin sadələşdirilməsi mənzil bazarında tələbatı artırıb. Xüsusi olaraq da vətəndaş ilkin ödənişin 40 faizini ödəyə bilirsə, ondan tələb olunan sənədlərə qoyulan şərtlər də yüngülləşdirilir.

Dəyişiklikdən sonra xidməti müqaviləylə çalışan şəxslər üçün də ipoteka kredit xətti daha əlçatan olub.

Belə ki, artıq xidmətlə məşğul olan sahibkarların orta aylıq gəlirliliyinin 40 deyil, 70 faizi nəzərə alınır. Belə olan halda isə həmin şəxslərə də kredit xəttinin ayrılması üçün qoyulan tələb də ödənmiş olur.

Ekspertlrə mənzil bazarıda qiymət artımının yanvar ayına qədər davam edəcəyi qənaətindədirlər.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər