9 C
Baku
Friday, December 13, 2024

16 rayonda heyvan subsidiyasi ilə bağlı təlim keçirilib

Kənd Təsərrüfatı Nazirliyində yaradılan təlimçi qrupları tərəfindən “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın tətbiqi ilə bağlı təlimlərin keçirilməsi davam etdirilir.

Banker.az xəbər verir ki, ötən həftə ərzində “Heyvan subsidiyası” ilə əlaqədar olaraq Cəlilabad, Neftçala, Masallı, Salyan, Biləsuvar, Hacıqabul, Cəbrayıl, Ağcabədi, İmişli, Füzuli, Beyləqan, Saatlı və Gəncədə ümumilikdə 498 nəfərə təlim keçirilib.

Təlimlərdə süni mayalanma və baytarlıq mütəxəssisləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin, Azərbaycan Dövlət Aqrar Universitetinin və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak edib.

Cari həftə ərzində Respublikamızın 16 müxtəlif rayonunda “Heyvan subsidiyası” ilə bağlı  maarifləndirmə işləri davam etməkdədir.

2 51 5

Son xəbərlər
Digər xəbərlər