16 C
Baku
Friday, April 26, 2024

16 yaşlı məktəbli öz saytını 6 milyon dollara satmaqdan imtina etdi

Britaniyadan olan Mohammed Ali adlı 16 yaşlı məktəbli öz saytını 6 milyon dollara satmaqdan imtina edib.

Məlumata əsasən Mohammed Ali, öz 60 yaşlı şəriki Chris Thorpe ilə birlikdə dünyada analoqu olmayan servis yaradıb. Belə ki, Weneed1.com servisi, bazarın təqdim etdiyi məhsulların qarşılaşdırılması və sərfəli qiymətə tapılması üzrə fəaliyyət göstərir. Sayt ilə amerikalı investorlar maraqlanıblar və keçən ilin Dekabr ayının əvvəlində Mohammed-ə, layihəni 6 milyon dollara satmağı təklif ediblər.

Eləcə də bax: Hər bir şirkətin Biznes Analitikasına investisiya etməli olduğunu göstərən 10 səbəb

Mohammed with his incredibly proud mum and dad
Mohammad, anasi və atasının əhatəsində

“The Sun”a istinadən xəbərə əsasən bu qiymətli təklifə baxmayaraq Mohammed ondan imtina edib. Onun sözlərinə görə əgər ideya və konsepsiyaya görə bu cür məbləğdə pul ödəyirlərsə deməli gələcəkdə servis daha da bahalaşacaq. “Mən başa düşürəm ki, bu böyük riskdir. Lakin mən öz şəxsi işimi yaratmaq istəyirəm” – deyə Mohammed bildirib. Qeyd etmək lazımdır ki, hələ 2014-cü ildə Mohammed, ayı 7.5$ abunə haqqı olan oyun yaradaraq 40.000$ qazanmışdır. “Mən hər şeyi kitablardan və YouTube videolarından öyrəndim. Hər şey məktəbdə verilən təhsil ilə həll olunmur. Təhsil sistemi bir qədər pisləşib. Mən insanları ilhamlandırmaq istəyirəm. Hər həftənin cümə günü doyunca içki içən gənclərə nifrət edirəm” – deyə Mohammed əlavə edib.Weneed1.com saytının tam versiyası isə bu ayın 28-i təqdim olunacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər