Neft ixrac edən ölkələr və neft idxal edən ölkələr neft qiymətlərində olan dəyişiklikləri izləyir. Banker.az bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın neft qiymətlərinin aşağı düşməsi ilə bağlı hasilatı azaldacağını elan etməyin vaxtının çatması barədə sualı cavablandırarkən bildirib.
“Siz olduqca hiyləgər sual verirsiniz. Hələlik mən bu suala birbaşa cavab verə bilmərəm. Neftin qiymətləri – dəyişkən substansiyadır və bu dəyişkənliyi hər kəs diqqətlə izləyir, həm neft ixrac edən ölkələr, həm də neft idxal edən ölkələr. Biz diqqətlə izləyirik”, – deyə o vurğulayıb.
Qeyd edək ki, dünya bazarında neftin qiyməti bu il martın 9-dan bəri ilk dəfə 64 dollardan aşağı düşüb. “Brent” markalı “qara qızıl”ın 1 bareli 63,39 dollara bərabər olub. Neftin 1 bareli isə 53,66 dollara qədər ucuzlaşıb. Bu qiymətlər ötən günlə müqayisədə, təxminən, 5% azdır.
Sputnik.az