Yeni tədris ilində 48 məktəb distant təhsilə keçəcək

“Ucqar kənd məktəblərində müəllim çatışmazlığının həlli üçün tətbiq olunan hibrid təhsil modelinin əhatə dairəsi genişləndirilir”​.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov sentyabr konfransında açıqlayıb.

“Ötən tədris ilində 8 məktəbdə tətbiq olunan model yeni tədris ilində 48 məktəbi əhatə edəcək. Bu modeldə müəllim təminatı mümkün olmayan məktəblərə yüksək nəticə göstərən müəllimlər distant formada cəlb olunur və onlayn dərs keçir”, – E.Bağırov qeyd edib.

 

MənbəAzEdu.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər