Hindistanın ən böyük neft–qaz şirkəti Indian Oil, 18 fevral bazar ertəsi günü bildirib ki, gündə 60 min barrel 1,5 milyard dollar dəyərində Amerika neftinin idxalı ilə bağlı ilk müqavilə imzalayıb.
“Müqavilə aprel ayında qüvvəyə minəcək və 2020-ci ilin martında başa çatacaq”, – IOC sədri qeyd edib.
Onun sözlərinə görə, şirkət yalnız ABŞ-dan neft idxalı ilə bağlı deyil, eyni zamanda neft tədarükçülərinin diversifikasiyası strategiyası çərçivəsində ABŞ-dan üç milyon ton neft idxal etmək şərtləri barədə razılığa gəlmişdir. Indian Oil satıcını açıqlamır.