14 C
Baku
Thursday, April 25, 2024

Bakıda “Bitcoin Pizza Day” qeyd olunacaq

Mayın 22-də Bakıda “Bitcoin Pizza Day” adlı görüş keçiriləcək. Bunu  “Blockchain” Azərbaycan Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, bu il baş tutacaq görüş ötənilkindən fərqli olaraq konfrans şəklində deyil, daha çox “networking” formatında, yəni, müxtəlif sahələrin nümayəndələri öz aralarında iş əlaqələri qurmaq üçün nəzərdə tutulan formatda təşkil olunacaq. İştirakçılar qeyri-rəsmi şəraitdə sektoral mövzu ilə ünsiyyət qura biləcəklər.

Qeyd edək ki, dünya “Bitcoin” icması bu günü hər il qeyd edir. 22 may 2010-cu il tarixi Las-Veqasdan olan proqramçı Laszlo Heinitz 2 pizzanı 10 min “Bitcoin” ödəməsi hadisəsi ilə yadda qalıb. Bu, kriptovalyutanın hazırkı məzənnəsi ilə təxminən 99 mln. manat təşkil edir.

©Ona

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər