Müctəba Xamenei Pezeşkianla görüşüb

Seyid Müctəba Hüseyni Xamenei ilə İran prezidenti ölkədəki vəziyyəti müzakirə edib

APA-nın Tehran bürosunun məlumatına görə, 9İranın ali rəhbərinin informasiya portalı Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin İran Prezidenti Məsud Pezeşkianla görüşdüyünü açıqlayıb.

Məlumata görə, Pezeşkian prezidentliyinin üçüncü ilinin başlanması ilə əlaqədar Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşərək fikir mübadiləsi aparıb.

Görüşdə ölkənin məsələləri və problemləri, xüsusilə əhalinin məişət ehtiyaclarının təmin edilməsi, üçüncü məcburi müharibənin hazırkı vəziyyəti və qarşıdakı dövr, hərbi sahədəki inkişaflar, maliyyə və enerji resurslarının təmin edilməsi və xərclərin – rial, valyuta və enerji üzrə – idarə olunması, həmçinin xarici tərəflərlə iqtisadi əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər