23 C
Baku
Friday, April 19, 2024

Qırğızıstanla biznes əlaqələri gücləndiriləcək – Yenilənib

“Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşündə ölkələrimiz arasında iqtisaditicarət əməkdaşlığının, biznesinvestisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirə aparıldı.

Qırğız Respublikasının aidiyyəti qurumları ilə imzalanan sənədlər biznes tərəfdaşlığının genişləndirilməsi, qarşılıqlı investisiyaların, antiinhisar və azad rəqabət mühitinin təşviqi baxımından ölkələrimiz üçün faydalı olacaqdır”.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.

Həmçinin, Azərtac xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana rəsmi səfəri çərçivəsində aprelin 20-də ölkəmizin işgüzar dairələrinin nümayəndələri ilə görüşüb. Prezident görüşdə Qırğızıstanın ölkəmizlə iqtisadi əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiyini, birgə layihələrin həyata keçirilməsi imkanlarını qeyd edib. O, ölkəsində investisiyaların cəlb olunması, sahibkarlığın təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, qida sənayesi, yeni texnologiyalar, turizm, kənd təsərrüfatı və sair istiqamətlərdə görülən işlər barədə danışıb, Azərbaycan və Qırğızıstanın biznes dairələrini fəal əməkdaşlığa dəvət edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, ticarət əlaqələri Azərbaycan-Qırğızıstan əməkdaşlığının əsas istiqamətlərindəndir. Bununla belə, ölkələrimiz arasında ticarətin həcmi bu sahədə potensialı tam əks etdirmir. Ticarət, eləcə də investisiya sahəsində tərəfdaşlığın genişləndirilməsi üçün imkanlar daha böyükdür və bu istiqamətdə qarşılıqlı səylərin gücləndirilməsi əhəmiyyət kəsb edir. Azərbaycanda müxtəlif sahələrdə 60-a yaxın Qırğızıstan şirkəti fəaliyyət göstərir.

Tədbir çərçivəsində Qırğız Respublikasının Prezidenti yanında Milli İnvestisiya Agentliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənəd biznes tərəfdaşlığının genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məsələlərini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər