2020-ci ilin I rübündə Azərbaycanda əhalinin iqtisadi rayonlar üzrə istehlak xərclərinin tərkibi açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən bunu bildirir.
Siyahını təqdim etməmiş bir neçə maraqlı faktı nəzərinizə çatdıracağıq:
- Ərzaq məhsullarına ən çox xərci Lənkaran iqtisadi rayonunda çəkib. Burada əhali xərclərinin ortalama 45.7%-ni ərzağa çəkib. Ən az isə Bakı şəhərində (41%) qeydə alınıb.
- Alkaqollu içkilər üzrə xərclərə ən çox Quba-Xaçmaz regionunda rast gəlir. Burada insanlar xərclərinin 0.8%-ni bu məhsullara yənəldib. Ən az isə Lənkaran və Dağlıq Şirvanda 0.4%-lə rast gəlinir.
- Tütün məmulatları üzrə xərclər ən çox 2.7%-lə Dağlıq Şirvanda, ən az isə 0.9%-lə Naxçıvanda müşahidə edilir.
- Paltar və ayaqqabıya ən çox 7.9%-lə Abşeron, ən az 5.2%-lə Kəlbəcər-Laçın iqtisadi zonalarında qeydə alınıb.
- Kommunal xərclərə ən çox 12.2%-lə Şəki-Zaqatala, ən az isə Kəlbəcər-Laçın (4.9%) siyahıda görünür.
- Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa 6%-lə Abşeron iqtisadi rayonu, ən az yenə Kəlbəcər-Laçında (6%) rast gəlinir.
- Səhiyyə xidmətlərinə ən çox Kəlbəcər-Laçında (5.6%) ən az isə Yuxarı Qarabağ (3.6%) ilə qeydə alınıb.
- Nəqliyyat xidmətlərinə Kəlbəcər-Laçında (11.4%) ən az isə Lənkaranda (4.9%) qeydə alınıb.
- Mehmanxana, kafe və restoran xidmətlərinə Quba-Xaçmazda (13%) ən az Abşeronda (4.8%) rast gəlinir.
- Təhsil xərclərinə ən çox Kəlbəcər-Laçın (2.3%), ən az isə 1.2%-lə Quba-Xaçmaz və Yuxarı Qarabağda qeydə alınıb.