“Azərbaycan biznesinin Ukraynanın bərpasında iştirakı perspektivlidir”

Azərbaycan biznesinin Ukraynanın bərpasında iştirakı perspektivlidir.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevlə görüşünün yekunları üzrə bildirib.

Onun sözlərinə görə, görüş zamanı Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi, investisiya sahəsində qarşılıqlı əlaqələrin fəallaşdırılması və iki ölkənin biznes nümayəndələri arasında işgüzar əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.

“Azərbaycan investisiyalarının Ukrayna iqtisadiyyatına cəlb edilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi, həmçinin yeni biznes təşəbbüslərinin işə salınması üçün əlverişli şəraitin yaradılması məsələlərinə xüsusi diqqət yetirilib”, – o qeyd edib.

Qusev həmçinin qeyd edib ki, əsas istiqamətlərdən biri Ukrayna və Azərbaycan investorları arasında koordinasiyanın gücləndirilməsidir. Bu, xüsusilə Ukrayna bazarının imkanlarının daha fəal şəkildə təqdim edilməsi, eləcə də Azərbaycan biznesinin Ukraynanın bərpası və inkişafında iştirak perspektivlərinin genişləndirilməsi məqsədi daşıyır.

Görüşün yekunlarına əsasən tərəflər Ukrayna və Azərbaycanın investisiya və ticari-iqtisadi sahələrdə strateji tərəfdaşlığının genişləndirilməsi üzrə qarşılıqlı əlaqələri və birgə işi davam etdirmək barədə razılığa gəliblər.

“Ukrayna Azərbaycanın dəstəyini yüksək qiymətləndirir və iqtisadi tərəfdaşlığın daha da dərinləşdirilməsində, Azərbaycan biznesinin Ukraynanın bərpasına cəlb olunmasında və qarşılıqlı faydalı investisiya layihələrinin həyata keçirilməsində maraqlıdır”, – səfir vurğulayıb.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər