5 C
Baku
Saturday, December 14, 2024

Haqqında heç nə bilmədiyiniz sahədə necə uğurlu olmaq olar

Necə düşünürsünüz, haqqında heç nə bilmədiyiniz bir sahədə uğur qazanmaq mümkündür? Bizcə, əsas odur ki, düşünülmüş plana sahib olasan. 

İşləmək istədiyiniz sənaye ilə tanış olun

Siz bu və ya digər məhsulu satmaq üçün onun necə işlədiyini başa düşməyə məcbur deyilsiniz. Buna baxmayaraq, uğur qazanmaq istədiyiniz sənayədən xəbəriniz olmalıdır: istehlakçıların nə istədiyini, əsas rəqiblərinizi və mövcud vəziyyəti necə dəyişdirə biləcəyinizi. 

Əgər seçdiyiniz sahədə tamamilə yenisinizsə və ya müasir texnologiyalardan xəbərsiz qalmısınızsa, sizə bu işdə kömək edəcək mentor, master-klass və ya peşəkar təşkilat tapın. Məsələn, sahibkar Patrik Vays İT və menecmentdən ayrılıb UX-dizayn sahəsində çalışmaq istədi. O, seçdiyi sahə haqqında məlumat topladı, onun üçün zəruri olan əsas bilik və bacarıqları müəyyən etdi və məqsədinə daha tez çatmaq üçün mentorlardan kömək istədi. 

Tarazlığı qoruyun – sizin səthi biliklərə ehtiyacınız yoxdur, lakin alimlik dərəcəsini təqib etmədiyinizi unutmayın. Sizin bilik səviyyəniz adi insanla müqayisədə bir az dərin olmalıdır. Məsələn, moda sənayesində işləmək istəyirsinizsə, orada logistikanın necə işlədiyini və hansı istehsal üsullarının ən yaxşı hesab edildiyini öyrənməlisiniz. 

Köməkçiləri işə götürün

Seçdiyiniz sənayeni öyrənməyiniz, onun haqqında bilmədiyiniz şeyləri başa düşməyə kömək edəcəkdir. Biznes nöqteyi-nəzərindən bilirsiniz ki, müştərilərə onların istədiklərini verə bilərsiniz. Lakin texniki olaraq, söz verdiyiniz keyfiyyətə uyğun bir məhsul və ya xidmət istehsal etmək üçün əlavə köməyə ehtiyac var. 

Yaxşı icra edə bilmədiyiniz və ya ümumiyyətlə sahib olmadığınız bacarıqların siyahısını tərtib edin. Hansı mütəxəssisləri işə götürməli olduğunuzu mentor və ya həmin sənayedə çalışan insanlardan soruşun. 

Bəzi hallarda müəyyən vəzifələri distant çalışan işçilərə tapşırmaq olar. Və ya satış və marketinqlə məşğul olduğunuz müddətdə startapınızın texniki tərəfi ilə məşğul olacaq  iş ortağı tapa bilərsiniz. Unutmayın ki, yalnız zəruri bacarıqları olan insanı deyil, həm də sizə və şirkətinizə uyğun olan birini tapmalısınız. 

Mütəxəssislərinizə etibar edin

Startapınızın uğurlu olub-olmayacağı tərəfdaşınıza və ya komandanıza nə dərəcədə etibar etməyinizdən asılıdır. Bu insanlar həmin sənayedə nəyin mümkün olub-olmadığını müəyyən etməli və bütün incəlikləri sizə izah etməlidirlər. Əgər onların biliklərinə və təcrübələrinə güvənməsəniz, mümkünsüz bir şeyi tələb edib uğursuzluğa düçar olacaqsınız. 

2015-ci ildə Volkswagen ilə bir qalmaqal baş verdi – məlum oldu ki, avtomobilin sensorları atmosferə atılan zərərli qazların miqdarını bilərəkdən yanlış qiymətləndirirdilər. Bu ona görə baş verdi ki, şirkətin liderləri öz ekspertlərinə güvənmirdilər. Onların səhvlərini təkrarlamayın. 

Ekspertlərinizə etibar edin, onlara yol göstərin. Bunun üçün əməkdaşlarla açıq dialoq saxlasanız yaxşı olar. Bir-birinizə bu və ya digər həlli nəyə görə düzgün hesab etdiyinizi izah edin. Əgər komanda layihəni altı aya başa çatdıracağını söyləyirsə, onlara bu müddəti qısaltmaq üçün nə etmək lazım olduğunu başa salın. Bu, layihənin üç aya hazırlanmasını tələb etməkdən daha yaxşıdır. 

Tanışlıqlar qurun

Yeni biznes ideyanın realizəsinə başladıqda, siz sinifə təzə gələn məktəbliyə bənzəyirsiniz. Əgər seçdiyiniz sahədə faydalı tanışlıqlar qursanız, bir çox çətinliklərdən qurtula bilərsiniz. Peşəkar təşkilatlara üzv olun, tematik tədbirlərdə iştirak edin və müxtəlif komitələrə maraq göstərin. Məşhur insan olmaq üçün liderlərin və nüfuzlu insanların rəğbətini qazanmaq lazımdır. 

Bu metod xüsusilə sosial şəbəkələrdə yaxşı işləyir. Bəs faydalı əlaqə qurmaq üçün brend və ya insanı necə tapmalı? Çalışın sizin şirkətinizin dəyərlərini nəzərə alasınız, onda işgüzar münasibətlər qurmaq daha asan olacaq. Başqa sözlə desək, özünüzə dost qazanın. 

 

Son xəbərlər
Digər xəbərlər