7 C
Baku
Thursday, December 12, 2024

MuğanBank yarımili xalis mənfəətlə tamamladı

MuğanBank cari ilin 1-ci yarımilini 506.06 min manat xalis mənfəətlə başa vurub.

Banker.az bu barədə bankın 30.06.2022-ci il tarixinə olan hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ilk yarımildə bankın faiz gəlirləri 18 mln. 611.44 min manat, faiz xərcləri isə 16 mln. 466.16 min manat təşkil edib. Beləliklə, bankın xalis faiz gəlirinin həcmi 2 mln. 145.28 min manat olub.

Hesabat dövründə bank 21 mln. 628.08 min manat qeyri-faiz gəliri əldə edib. MuğanBankın qeyri-faiz xərcləri isə 15 mln. 705.77 min manat həcmində olub.

Bank həmçinin, aktivlərinin 697 mln. 666.45 min manat dəyərində olduğunu qeyd edib. Hesabatda o da göstərilir ki, öhdəliklər 604 mln. 254.35 min manat və kapital isə 93 mln. 412.10 min manat həcmindədir.

 

 

Son xəbərlər
Digər xəbərlər