“Sberbank” müştəriləri Prime Cafe-də ödənişi baxışla edə biləcəklər, bunun üçün terminalın kamerasına baxmaq kifayət edir. Banker.az xəbər verir ki, bu barədə bankın press-relizinə istinadən “Forbes” məlumat verib.
Qeyd edildiyi kim, təklifdən faydalanmaq üçün “Sberbank Online” tətbiqi və ya bankomat vasitəsi ilə üzün biometrik məlumatlarını qeydiyyata salmaq lazımdır. Bundan sonra bu məlumatları Prime kafelərdən birinə bağlamaq tələb olunur. Bankın verdiyi məlumata görə, biometrik ödəmə üsulundan istifadə edən şəxslər avtomatik olaraq 20% endirim əldə edəcəklər.
Xatırladaq ki, biometrik identifikasiya texnologiyasını tətbiq etmək istəyən şəbəkələrdən biri də KFC-dir.