25 C
Baku
Friday, April 19, 2024

2 Nazirliyin 8 maşını satışa çıxarılır – 1 000 manatdan başlayır

Banker.az xəbər verir ki, hərracda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və  Kənd Təsərrüfatı Nazirliyinə məxsus avtomobillər də satışa çıxarılıb.

Siyahı ilə linkdə tanış ola bilərsiniz.

Qeyd edək ki, 23-24-cü sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
25-26-cı sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
27-29-cu sətirdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeli təşkilatlarının  balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
30-cu sətirdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

Son xəbərlər
Digər xəbərlər