6 C
Baku
Monday, December 16, 2024

2 şirkətin İrandan idxal etdiyi bibərdə virus tapılıb

İrandan “Aqro Laym” MMC tərəfindən idxal olunan 25 452 kq və “Albalı A Fruit” MMC tərəfindən idxal olunan 8 472 kq bibərdə karantin tətbiq edilən orqanizm (“Tomato brown rugose fruit virus” – pomidor meyvələrinin qonur qırışıqlıq virusu) aşkar olunub.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən verilən məlumata əsasən, istifadəyə yararsız bibər məhsulu partiyalarının məhv edilməsi barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər