Azərbaycanda 2 yeni lizinq şirkəti yaradılıb.
Banker.az xəbər verir ki, bunlar “Akinci Lizinq” MMC və “Aqrosell Lizinq” MMC-dir.
“Akinci Lizinq” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava qəsəbəsi, ev 21 ünvanında fəaliyyət göstərəcək. Şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Elnur Əli oğlu Hüseynovdur.
“Aqrosell Lizinq” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 36A ünvanıdır. Bu şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi isə Kazım Ağa Həsən oğlu Zeynalovdur.