11 C
Baku
Wednesday, December 11, 2024

20 obyektdə epidemiya əleyhinə rejim pozulub – Nazirlik

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, noyabrın 25-də keçirilən monitorinqlər zamanı Nəsimi rayonunda “Kontakt home” mağazasında, Elçin İbrahimova məxsus “Lombard”da, Sabunçu rayonunda Aydın Aslanova məxsus şüşə sexində, Qaradağ rayonunda “King smart super market”də, İkram Əliyevə məxsus meyvə-tərəvəz mağazasında, Xəzər rayonunda “Fərid inşaat malları mağazası”nda, “Zeytun pharmaceuticals” MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Kingston barbeshop and SPA” ticarət obyektində, Nizami rayonunda “Bəxtiyar market”də, Xətai rayonunda “Nargilə mağaza”da, Mətləb Mehdiyevə, Arif Bəşirova məxsus pərakəndə ticarət obyektlərində, Yasamal rayonunda “Al market”də, Suraxanı rayonunda “Akşam şirniyyat” mağazasında, Nərimanov rayonunda “Tarsa kompozit boya makina” MMC-yə məxsus mağazada, ümumilikdə 20 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Son xəbərlər
Digər xəbərlər