SOCAR və TPAO yeni layihələrə başlayır – 3 ölkə üzrə iş aparılır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) Azərbaycan, Türkiyə, eləcə də üçüncü ölkələr üzrə yeni layihələrin hazırlanması istiqamətində fəaliyyət göstərir.

Banker.az əbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Bakıda keçirilən Azərbaycan-Türkiyə V Enerji Forumunda bildirib.

Nazirin sözlərinə görə, ikitərəfli əməkdaşlığa nəzər salındıqda, əvvəllər təbii qaz və neft sahələri ilə bağlı olan bu tərəfdaşlığın son illərdə elektrik enerjisi yönümlü transformasiya mərhələsinə daxil olduğu müşahidə edilir:

“Əlbəttə ki, neft və təbii qaz sahəsindəki əməkdaşlığımız getdikcə artaraq davam etməkdədir. Bu istiqamətdə həqiqətən tarixi əhəmiyyətli işlər görülüb. Avropanın təchizat təhlükəsizliyinin təmin olunmasında hazırda Türkiyə Azərbaycanla birgə son dərəcə əhəmiyyətli rol oynayır. İstər hasilat sahələrindəki birgə əməkdaşlığımız, kəşfiyyat və hasilat layihələrimiz, SOCAR ilə TPAO-nun inkişaf etdirdiyi layihələr, istərsə də BOTAŞ və SOCAR arasında bağlanan uzunmüddətli təchizat müqavilələri, xüsusilə birləşdiricilik baxımından “Bakı-Tbilisi-Ceyhan” neft kəməri, TANAP, “Bakı-Tbilisi-Ərzurum” kəmərləri – bütün bunlar olduqca böyük əhəmiyyət daşıyan layihələrdir.

Hazırkı müzakirələrdə mövcud enerji infrastrukturumuzu tam gücünə necə çatdıra bilərik? “Bakı-Tbilisi-Ceyhan”ın 1 milyon barel olan ötürmə qabiliyyətinə necə nail ola bilərik? Bu kontekstdə istər elektrik enerjisi, istərsə də digər sahələrdə Türk dünyasını birləşdirəcək əlaqələndirici layihələrdən söhbət gedir. Mövcud infrastrukturlarımızın maksimum səviyyədə istifadə edilməsi əsas prioritetlərimizdən biri olaraq qalır”.

A. Bayraktar əlavə edib ki, eyni zamanda, SOCAR ilə TPAO-nun istər Türkiyədə, istərsə də Azərbaycanda – keçən il “Şəfəq-Asiman” layihəsi ilə başlayan, “Qarabağ” layihəsi ilə davam edəcək, həmçinin SOCAR-ın Türkiyədə və üçüncü ölkələrdə birgə reallaşdıracağı kəşfiyyat layihələri ətrafında müzakirələr gedir: “Bu sahələrdə konseptual layihələri də ortaya qoyacağıq”.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər