8 C
Baku
Friday, December 13, 2024

2016-cı ili mənfəətlə başlayan banklar sırasına biridə qatıldı

Banker.az-ın verdiyi məlumata görə,  Caspian Development Bank 2016-cı ilin 1-ci rübünü  mənfəətlə başa vurmuşdur.  Belə ki, bank 1 rüb ərzində 5.5 mln. manat mənfəət əldə etmişdir. Qeyd edək ki, bu göstərici ümumi 2015-ci il üçün  8.4 mln. manata bərabər idi.

Bankın aktivləri  3 ay ərzində 9 mln. manat azalaraq 120 mln. manat təşkil etmişdir. Bu azalma daha çox bankın öhdəliklərinin bir qismini bağlaması ilə əlaqədardır. İlin əvvəlindən bankın öhdəlikləri 70 mln. manatdan 50 mln. manata düşmüşdür.

Lakin yuxarıda qeyd edilənlərə baxmayaraq, bank 3 ay ərzində Kapitalın strukturunda kifayət qədər irəliləyişə nail ola bilmişdir. Kaptalın həcmi bu dövr ərzində 5.5 mln. manat artmışdır. Qeyd olunan artım məhz 2015-ci ildə edilmiş mənfəət hesabına təmin edilmişdir.

Son xəbərlər
Digər xəbərlər