5 C
Baku
Saturday, December 14, 2024

2017-ci ildə Azərbaycanda ÜDM-in 1,3% azalacaq, Bank deyir

Asiya İnkişaf Bankı (AİB) 2017-ci ildə Azərbaycanda ÜDM-nin 1,3% azalacağını proqnozlaşdırır. Bu barədə yenilənmiş “Asian Development Outlook 2017 Update: Growth Outlook” icmalında qeyd edilir.

Öncə AİB 2017-ci il üçün Azərbaycanda ÜDM azalmasını 1,1% səviyyəsində gözləyirdi.

Bankın qiymətləndirməsinə görə, 2018-ci ildə Azərbaycanda iqtisadi artım 1% təşkil edəcək (aprel proqnozu – artım 1,2%).

“2017-ci ilin birinci yarısında Azərbaycanm ÜDM azalması 1,3% təşkil edəcək, bu da ötən ilin analoji dövrünün göstəricisindən yaxşıdır (resessiya 3,4% təşkil edib). İlk növbədə sənaye sahəsində 5,8% səviyyəsində azalma olub. Neft hasilatının azalması da 2017-2018-ci illər üçün ÜDM-in proqnozlarına təkrar baxmağa məcbur edir”, – hesabatda qeyd olunur.

AİB-in proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflasiya 14% təşkil edəcək (aprel proqnozu – 9%), 2018-ci ildə 10%-dək azalacaq (aprel proqnozu – 8%).

Bankın qiymətləndirməsinə görə, cari ilin yekunları üzrə Azərbaycanın tədiyə balansının profisiti ÜDM-nin 5,6%-i (aprel proqnozu ÜDM-nin 5,9%-i), 2018-ci ildə 11%-i səviyyəsində proqnozlaşdırılır (aprel proqnozu – ÜDM-in 11,4%-i).

2016-cı ildə Azərbaycanda ÜDM-nin həcmi 3,1% azalıb, inflyasiya 12,4% təşkil edib.

Cari ildə Azərbaycan hökuməti 2017-ci il üçün ÜDM artımını 1%, orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər