Estoniyanın yeni prezidenti seçilib

Estoniya parlamenti Ülle Madiseni ölkənin yeni prezidenti seçib.

51 yaşlı Ü.Madise Estoniya prezidenti vəzifəsində ikinci qadın olub.

Ü.Madise 2015-ci ildən Estoniyanın ədliyyə kansleri vəzifəsini tutur. O, növbəti beş il ərzində prezident vəzifəsini icra edəcək.

Estoniyada prezident parlament – Riyqikoqu tərəfindən seçilir. Ü.Madise seçkilərdə yeganə namizəd olub, çünki potensial rəqiblərdən heç biri öz namizədliyini qeydə aldırmaq üçün deputatların lazımi dəstəyini qazana bilməyib.

Qeyd edək ki, Ülle Madise bu postda Alar Karisi əvəz edir.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər