2018-ci ildə Azərbaycanda 15 aqropark işə salınacaq

2018-ci ildə Azərbaycanda 15 aqroparkın işə salınması planlaşdırılır. Bunu Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bu gün mətbuat konfransında deyib.

«Hazırda mövcud olan 3 aqroparkda işlərin birinci mərhələsi başa çatıb. Bu il respublikada daha 15 aqropark istismara veriləcək. Bundan başqa, 26 aqroparkda tikinti-quraşdırma, 16 aqroparkda isə layihələndirmə işləri həyata keçirilir», – deyə o bildirib.

Fondun sədri deyib ki, SKMF bu günədək 400 mln. manat dəyərində 15 aqroparkın yaradılmasına 107,6 mln. manat məbləğində güzəştli kredit ayırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər