Glassdoor araşdırma şirkəti 2018-ci ildə ABŞ-da işləmək üçün ən yaxşı 100 şirkətin siyahısını təqdim edib. “2018-ci ildə işləmək üçün ən yaxşı iş yerləri – əməkdaşların seçimi” adlı reytinq cari il ərzində keçirilmiş sorğular əsasında tərtib edilib.
Banker.az siyahıda yer alan texnoloji şirkətləri seçib və ən yaxşı 10 şirkətin siyahısını təşkil edib.
- Facebook. Orta qiymətləndirmə — 4,6
Mark Zükerbergin şirkəti Glassdoor siyahısının lideri olub. 1961 əməkdaş IT-nəhəngdə işləmək barədə danışıb.
- Google. Orta qiymətləndirmə — 4,6
Sergey Brin və Larry Page tərəfindən yaradılmış Google şirkəti Glassdoor reytinqində beşinci pillənin sahibidir.
- HubSpot. Orta qiymətləndirmə — 4,6
Şirkət ümumi reytinqdə yeddinci pillədə yer alıb.
- Worldwide Technologies. Orta qiymətləndirmə — 4,5
IT-şirkət ümumi şirkətdə 8-ci pillədə qərarlaşıb.
- Ultimate Software. Orta qiymətləndirmə — 4,5
Glassdoor şirkəti siyahıda onuncu pillədə yerləşdirib.
- SAP. Orta qiymətləndirmə — 4,5
Şirkət ümumi reytinqdə 11-ci pillənin sahibidir.
- Saleforce. Orta qiymətləndirmə — 4,5
Saleforce şirkəti Glassdoor reytinqində 15-ci pillədədir.
- LinkedIn. Orta qiymətləndirmə — 4,5
LinkedIn ümumi reytinqdə 21-ci pilləni məşğul edib.
- DocuSign. Orta qiymətləndirmə — 4,4
Şirkət ümumi reytinqdə 22-ci pillədədir.
- NVIDIA. Orta qiymətləndirmə — 4,4
Ümumi reytinqdə NVIDIA 24-cü pillədə qərarlaşıb.