Futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

2026-cı il futbol üzrə dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox töhfə verib və 160 mindən artıq insanın məşğulluğunu təmin edib. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“FIFA Dünya Çempionatı iqtisadiyyatımıza 18 milyard dollardan çox vəsait gətirdi və 160 mindən artıq iş yerinin yaradılmasına töhfə verdi”, – Tramp Truth Social sosial şəbəkəsində yazıb.

2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər