-3 C
Baku
Sunday, December 15, 2024

2018-ci ildə İT sahəsində baş vermiş iri qalmaqallar

Son 12 ay ərzində bir çox tanınmış yüksək texnologiyalı şirkət, kommersiya, sosial və siyasi hekayələr mərkəzində olmuşdurlar.

Amerikanın Biznes Insider nəşri, ABŞ-ın İT sektorunda ilin ən böyük qalmaqallarının siyahısını bizə təqdim edir.

Google Project Maven

Gizmodo-nun nəşr etdiyi məqalə, Google Project Moven və ABŞ-ın Müdafiə Nazirliyi arasında süni intellekt sistemlərinin (AI) texnologiyasından istifadə edilməsi sahəsində əldə olunmuş gizli razılığı aşkara çıxarıb. Tənqidçilər Sİ-in video şəkillərin təhlili prosesini sürətləndirdiyini söyləyirlər.

Güclü daxili və xarici təzyiqlərlə qarşılaşan Google, 2019-cu ildə Müdafiə Nazirliyi ilə bağlanmış müqavilənin müddətini uzatmayacağını bildirmişdir.

Mart: Uber şirkətinin pilotsuz avtomobili Arizona ştatında bir qadını vuraraq, ölümünə səbəb olmuşdur. Bu qəzadan sonra, şirkət bu bazar seqmentində ciddi rəqabətə baxmayaraq, avtonəqliyyat vasitələrinin bütün sınaqlarını dayandırdı. Hazırda Uber pilotsuz nəqliyyat vasitələrini istifadəyə qaytarmağa hazırlaşır.

Mart: Facebook, dünyanın ən populyar sosial şəbəkəsinin istifadəçilərinin şəxsi məlumatlarını qeyri-qanuni olaraq istifadə etdiyi üçün, Cambridge Analytica (2016-cı ildə Donald Trampın prezidentlik kampaniyasına köməkçi olan) tədqiqat şirkəti ilə əməkdaşlıq etməyəcəyini elan etdi. İlk olaraq bildirildi ki, Cambridge Analytica, icazə olmadan, 50 milyon istifadəçiyə məxsus olan məlumat əldə edə bilib, lakin sonradan bu rəqəm 87 milyona çatdı.

Mart: BMT və digər humanitar təşkilatlar, Facebook-u onun öz platformasında yanlış xəbərlərin və Myanmada yaşayan rohinca müsəlmanlarına qarşı nifrətin yayılmasının qarşısını almadığı üçün günahlandırdılar. Müxtəlif beynəlxalq təşkilatların məlumatlarına görə, zorakılıq təhlükəsi səbəbiylə ən az 700,000 rohinca müsəlmanı Myanmadan qonşu ölkələrə qaçmaq məcburiyyətində olub.

Aprel: Facebook-un rəhbəri Mark Zuckerberq, Konqresə Cambridge Analytica tərəfindən 87 milyon istifadəçinin fərdi məlumatların icazəsiz istifadəsi və 2016 prezidentlik kampaniyası zamanı bir çox saxta xəbərlərin yayılması ilə bağlı ifadə vermək üçün çağırılmışdı.

İyul: Google şirkəti, məşhur Android əməliyyat sistemindən sui-istifadə etdiyinə görə 5 milyard dollar cuvarında cərimə ödəməli oldu. Bu cəza, AB-nin anti-monopoliya nəzarət təşkilatının üç illik araşdırmasının nəticəsi olmuşdur.

Avqust: Google şirkətinin Çin üçün Dragonfly adlı senzuralı axtarış sistemini təkrar olaraq işə salmaq niyyətində olması haqda məlumat yayılmışdır. Bu xəbər həm siyasətçilərin, həm də insan haqlarının qorunması ilə məşğul olan təşkilatların mənfi reaksiyasına səbəb oldu. Buna baxmayaraq, Google, bu məsələ ilə bağlı dəqiq məlumat hələ də təqdim etməyib.

Avqust: Görkəmli siyasi köşə yazıçısı və radio aparıcısı olan Alex Jones-un sosial şəbəkədəki səhifəsi müsəlmanlar, transgenderlər və liberal media ilə bağlı provokasiya edici paylaşımlara görə bağlanmışdır.

Sentyabr: Senatın Kəşfiyyat Komitəsi, bu şirkətlərin gələcək seçkilərdə xarici müdaxilənin qarşısını necə alacaqlarını öyrənmək məqsədi ilə Twitter, Facebook və Google rəhbərlərini yanına çağırmışdı.

Sentyabr: Tesla şirkətinin baş direktoru İlon Mask, Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) iddialarını qarşılamaq üçün 20 milyon dollar ödəməli olub. Avqust ayında, o,  Twitter-də Tesla səhmlərini 420 dollara alacağına və onun qeyri-ictimai hala gətirəcəyinə söz verdi. Tənzimləmə çərçivəsində Mask, çox milyonluq cəriməni ödəməli və baş direktor postunu tərk etməli olacaq.

Sentyabr: Facebook, View As funksiyasından istifadə edərək, istifadəçi məlumatlarına çıxışın açıq olması mümkün olduğunu açıqladı. Bu təhlükə Instagram, Spotify, Tinder və Airbnb səhifələrində də aid olmuşdur.

Oktyabr: The Wall Street Journal qəzeti xəbər verdi ki, mart ayında baş vermiş proqram qəzası nəticəsində, təxminən 500.000 Google+ istifadəçisinin şəxsi məlumatlarına çıxış əldə olunub. Yeni qalmaqaldan ehtiyat edən Google, proqramının bağlanmasını elan etməyə tələsdi.

Oktyabr: 2014-cü ildə The New York Times qəzetində Andy Rubi-nin Google şirkətindən ayrılması ilə bağlı yeni məlumatlar açıqlanıb. Android smartfonları üçün əməliyyat sisteminin yaradıcısı olan Andy Rubinin sözlərinə görə, o, 2013-cü ildə evli bir qadına qarşı cinsi zorakılıq əməlini həyata keçirib. Google istintaqı, bu ittihamların etibarlı olduğunu sübut edə bilmişdir.

Oktyabr: Braziliyada məşhur WhatsApp proqramından prezident seçkiləri ərəfəsində saxta məlumatların yayılmasında geniş istifadə olunub. Braziliyanın əhalisi 210 milyondur, onlardan 120 milyonu WhatsApp proqramından müntəzəm olaraq istifadə edir. Seçkilərdə Jair Bolsonar qalib gəlmişdir.

Noyabr: Facebook, milyarder Corc Soros-un Facebook-a qarşı hərəkat təşkil etdiyini sübut etmək məqsədi ilə Definers PR firmasını işə götürdüyü bilindi. Bu məlumatı əks etdirən məqalə The New York Times qəzetində dərc olunduqdan sonra, 24 saatdan az bir müddətdə Facebook, Definers ilə müqaviləni ləğv etdiyini eşitdirdi.

Noyabr: Amazon qərargahının Nyu-York və Virciniya arasında bölünməsini elan etdi. Bu addımı atmaqla o, bir sıra siyasətçilərin və ictimai təşkilatların tənqidi ilə üzləşməli oldu. Onlar bildirmişdirlər ki, şəhər seçmə prosesində şəffaflıq prinsipinə riayət olunmayıb.

Son xəbərlər
Digər xəbərlər