Moody’s Investors Service ekspertlərinin hesablamalarına görə, 2018-ci ildə Saudi Aramco şirkəti 111,1 milyard dollarlıq xalis mənfəət əldə edib ki, bu da Apple, Google və ExxonMobil-ın nəticələrini aşır (müvafiq olaraq $59,5 mlrd, $30,7 mlrd, $20,8 mlrd), bu haqda Bloomberg xəbər verir.
Bundan əvvəl Fitch Ratings bildirmişdir ki, Saudi Aramco şirkətinin illik gəlirləri 224 milyard dollar təşkil etmişdir ki, bu da Apple və ExxonMobil göstəricilərindən daha yüksəkdir.