Banker.az Təhsil nazirliyinə istinadən məlumat verir ki, İslam İnkişaf Bankı (İİB) 2019-2020-ci tədris ili üçün təlim, təhsil və tədqiqat təqaüd proqramları elan edib.
Saytın Təhsil nazirliyindən əldə etdiyi məlumata əsasən, Proqramda peşə təhsili, bakalavriat, magistratura, doktorantura, doktorantura sonrası tədqiqat səviyyələri üzrə təqaüdlər təklif olunur.
Təqaüd proqramının tədris dili ingilis dilidir. Təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti İslam İnkişaf Bankı tərəfindən ödəniləcək.
Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları tələb olunan sənədləri cari ilin fevralın 28-dək
https://isdbscholarships.smartsimple.com/s_Login.jsp səhifəsinə göndərməlidirlər.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.