Azərbaycanda həyat sığortası bazarında 2026-cı ilin ilk yeddi ayında sığorta haqları 542,2 milyon manat, sığorta ödənişləri isə 493,7 milyon manat təşkil edib. Banker.az bunu Mərkəzi Banka istinadən xəbər verir.
Ötən ilin eyni dövründə həyat sığortası üzrə yığımlar 472,2 milyon manat, ödənişlər 372,7 milyon manat olub. Beləliklə, illik müqayisədə sığorta haqları 14,8%, ödənişlər isə 32,5% artıb.
Nəticədə həyat sığortasında toplanan hər 100 manat sığorta haqqına düşən ödəniş məbləği 2025-ci ilin ilk yeddi ayındakı 78,9 manatdan 2026-cı ilin eyni dövründə 91,1 manata yüksəlib. Başqa sözlə, ödənişlərin yığımlara nisbəti bir il ərzində 12,2 faiz bəndi artıb.
Həyat sığortasının əsas seqmenti olan həyatın yaşam sığortasında da artım davam edib. 2026-cı ilin yanvar-iyul aylarında bu növ üzrə 510,2 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin eyni dövründəki 447,6 milyon manatdan 14% çoxdur. Ödənişlər isə 369,6 milyon manatdan 490,3 milyon manata yüksələrək 32,7% artıb.
Həyatın yaşam sığortasının həyat sığortası bazarındakı payı da yüksək olaraq qalır. 2026-cı ilin ilk yeddi ayında bu seqment üzrə yığımlar bütün həyat sığortası haqlarının təxminən 94%-ni təşkil edib.
Şirkətlər üzrə nəticələrə görə, həyat sığortası seqmentinin əsas iştirakçısı olan “Paşa Həyat Sığorta”nın yığımları 8,8% artaraq 472,1 milyon manata çatıb. Şirkətin ödənişləri isə 27,9% artaraq 420,2 milyon manat olub. “Atəşgah Həyat”ın yığımları 3% artaraq 67,4 milyon manat, ödənişləri isə 69,7% artaraq 65,9 milyon manat təşkil edib.
“Meqa Həyat Sığorta” şirkətin sığorta haqları 85,2% artaraq 17,4 milyon manata yüksəlib. “Xalq Həyat”ın yığımları 18,3% artaraq 7,3 milyon manat olduğu halda, “Qala Həyat”ın yığımları 3,6% azalaraq 15,7 milyon manata düşüb. “Meqa Həyat”ın ödənişləri 17,1% artaraq 3,6 milyon manat, “Qala Həyat”ın ödənişləri 56,8% artaraq 3,2 milyon manat olub. “Xalq Həyat”da isə ödənişlər 19,3% azalaraq 2,9 milyon manata düşüb.
| Sığortaçının adı | 2025, ilk 7 ay | 2026, ilk 7 ay | ||
| Sığorta Haqları | Sığorta Ödənişləri | Sığorta Haqları | Sığorta Ödənişləri | |
| Paşa Həyat | 433.8903 | 328.5096 | 472.1421 | 420.1785 |
| Atəşgah Həyat | 65.44755 | 38.82758 | 67.41888 | 65.88092 |
| Meqa Həyat | 9.400211 | 3.054963 | 17.41341 | 3.577094 |
| Qala Həyat | 16.28865 | 2.010196 | 15.70978 | 3.151719 |
| Xalq Həyat | 6.196381 | 3.647525 | 7.333416 | 2.942571 |







